İsmail Dəmir: “Hürjet” təyyarəsi “TCG Anadolu”ya yerləşdirilə bilər

İsmail Dəmir: “Hürjet” təyyarəsi “TCG Anadolu”ya yerləşdirilə bilər

Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Hürjet” yüngül hücum təyyarəsinin vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olması üçün işlər görülür.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi başqanı (SSB) İsmail Dəmir “Habertürk” televiziyasına müsahibəsində söyləyib.

SSB başqanı bildirib ki, “Hürjet” təyyarəsinin gəmidə vertikal qalxma və enmə imkanları haqqında TUSAŞ şirkəti ilə danışıqlar aparılıb. Hazırda TUSAŞ, “Hürjet” yüngül hücum təyyarəsinin “TCG Anadolu” amfibiya hücum gəmisində istifadə olunması üzərində işləyir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş