İsmail Dəmir: Müdafiə sənayemiz Azərbaycanın əmrindədir

İsmail Dəmir: Müdafiə sənayemiz Azərbaycanın əmrindədir

Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı general-polkovnik Kərəm Mustafayev və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Müdafiə Sənayesi Komitəsində (SSB) görüş keçiriblər.

Bu barədə “Azeri Defence”ə SSB-dən məlumat verilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Sənayesi Katibi İsmail Dəmir isə özünün sosial media hesabında “Azərbaycan Ordusuna yeni sistemlər verməklə yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, təmir və servis, təlim fəaliyyətləri məsələlərində birlikdə çalışacağıq” deyə bəyan edib.

“İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməyimizin lazım olduğu bir dönəmdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə etdik. Müdafiə sənayemiz silahlı PUA-larımızdan sursatlarımıza və mərmilərimizə, radioelektron mübarizə sistemlərimizə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə Azərbaycanın əmrindədir”, – deyə Komitə sədri İsmail Dəmir vurğulayıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş