İsmail Dəmir: “Ortaq ixrac şirkətinin yaradılması zəruridir”

Azərbaycan və Türkiyənin müdafiə sənayesi sektorunda istehsal olunan məhsulların marketinqi və satışı ilə məşğul olan birgə şirkətin yaradıması gündəmdədir. “AzeriDefence”nin məlumatıına görə, bunu ADEX-2014 sərgisində keçirdiyi mətbuat konfransında Türkiyənin müdafiə sənayesi katibi İsmail Dəmir bildirib.

İ. Dəmirin sözlərinə görə, belə bir müəssisənin yaradılması zəruridir.
“Artıq bizim müdafiə sənayemiz ixracatı artırmaq və dünya bazarında yerini möhkəmləndirməyə çalışır. Bu konteksdə belə bir şirkətin yaradılması ixraca dəstək olar”, – deyə Dəmir vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş