İspaniya F-35 təyyarələri almağı düşünür

İspaniya Hava Qüvvələri və Dəniz Qüvvələri 2025-ci ildə istismar müddətini bitəcək F-18 və AV-8b “Harrier II” təyyarələrini əvəz etmək üçün F-35 Lightning II hücum təyyarəsi tədarük etmək niyyətindədir.

“AzeriDefence”nin xarici mətbuata istinadən məlumatına görə, İspaniya Hava Qüvvələri üçün təxminən 45-50 ədəd, donanma üçün isə təxminən 12-15 ədəd F-35 tədarük etməyi düşünür.

Qeyd edək ki, F-35 təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilir. Təyyarənin ilk uçuşu 2006-cı il dekabrın 15-də həyata keçirilib. 2012-ci ildən isə təyyarə təlimlərdə istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş