İsrail Almaniyadan sualtı gəmilər alır

İsrail Müdafiə Nazirliyi Almaniyanın “ThyssenKrupp” şirkəti ilə 1,5 milyard avroluq müqavilə bağlayıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə əsasən “ThyssenKrupp” şirkəti İsrail donanması üçün nüvə silahı daşıya bilən üç yeni sualtı gəmi tədarük edəcək.

Bildirilib ki, sözügedən tədarüklə bağlı, İsraildə başladılan korrupsiya araşdırması, Berlində böyük səs-küyə səbəb olub və etirazla qarşılanıb. Bu səbəbdən də alğı-satqı müzakirələri üç ay müddətinə dondurulub.

İsrail baş nazirinin mətbuat xidmətindən bildirilib ki, bu saziş İsrail təhlükəsizliyini təmin etmək baxımından strateji əhəmiyyət daşıyır: “Müqaviləyə atılan imzalar, Almaniya və Angela Merkelin İsrailin təhlükəsizliyinə və iki ölkə arasında dərin əməkdaşlığa olan bağlılığını əks etdirir”.

KATEQORIYA:
Bu xəbəri paylaş