İsrail Aviasiya Sənayesi “Super Heron”u nümayişə çıxarıb

İsrail Aviasiya Sənayesi (Israel Aerospace Industries – IAI) “Sinqapur Air Show-2014” sərgisində bərk yanacaqla işləyən “Super Heron” pilotsuz uçuş aparatını nümayişə çıxarıb. Bu barədə “AzeriDefence” IAI şirkətinin saytına istinadən məlumat verib.

MALE sinfinə aid olan “Super Heron” IAI-nin aparıcı müştərilərinin artan marağı nəzərə alınaraq hazırlanıb. “Super Heron” 200 at gücünə malik mühərriklə təchiz olunub. Bu PUA “Heron”un digər modifikasiyalarından özünün qalxma bucağı və daha yüksək performansı ilə seçilir. PUA həmçinin müasir avionika, optik müşahidə sistemi və kompüter texnologiyalarına malikdir.

Multisensor imkanlarına malik “Super Heron”un kəşfiyyat, nəzarət, hədəfin təqibi, dəniz patrul və digər əməliyyat missiyaları üçün konfiqurasiyaları mövcuddur.

“Super Heron”un uçuş radiusu 250 km, peyklə idarə olunmada 1000 km, havada qalma müddəti 45 saat, uçuş tavanı 30 min fut, uçuş sürəti 60-80 KTAS, maksimum uçuş sürəti 150 KTAS təşkil edir. PUA-nın çəkisi 1450 kq, faydalı yükü 450 kq-dır.

KATEQORIYA:
Bu xəbəri paylaş