İsrail çoxfunksiyalı radar sistemi yaradır
İsrailin “ELTA Systems” şirkəti raket hücumlarından müdafiə məqsədli çoxfunksiyalı radar sistemlərinin istehsalına başlayacaq.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ELM 2084 MMR (Multi-Mission Radar) adlanacaq radar sisteminin istehsal prosesi Çexiyada həyata keçiriləcək.
Artıq bununla bağlı Çexiyanın RETIA müdafiə sənayesi şirkəti ilə saziş də imzalanıb.
Məlumatda o da qeyd olunub ki, ötən il adıçəkilən şirkətlər arasında ELM-2288 radar sisteminin yaradılması ilə bağlı da saziş imzalanmışdı.
KATEQORIYA: Sənaye