İsrail F-35A döyüş təyyarələrinin sayını 50-yə çatdıracaq

İsrail Hərbi Hava Qüvvələri 2024-ci ilin sonuna qədər F-35A “Lightning II” döyüş təyyarələrinin sayını 50-yə çatdıracaq.

“AzeriDefence” “İsraeldefence” portalına istinadən xəbər verir ki, İsrail və ABŞ arasında daha 17 ədəd F-35A döyüş təyyarələrinin alğı-satqısına dair müqavilə imzalanıb.

İsrail və ABŞ arasında F-35 döyüş təyyarəsi ilə bağlı ilk müqavilə 2010-c ildə imzalanıb. Dörd ildən sonra isə İsrail Hökuməti qırıcıların sayının 33-ə qədər artırılması ilə bağlı sorğu göndərib. Ötən ilin noyabr ayında İsrailin təhlükəsizlik məsələləri üzrə nazirlər komissiyası əlavə 17 ədəd qırıcının alınması layihəsini bəyənib. Dünən isə müqavilə rəsmiləşdirilib.

Qırıcıların ilk partiyası İsrail üçün 125 milyon dollara, ikinci partiyası 110 milyon dollara başa gəlib. F-35 döyüş təyyarələrinin üçüncü partiyası isə İsrailə 100 milyon dollara başa gələcək. Bu gün artıq beş qırıcı İsrailə çatdırılıb. 2021-ci ilə qədər qırıcıların birinci və ikinci partiyalarının (33 ədəd) tədarükünün başa çatdırılması planlaşdırılır. 2024-cü ilə qədər İsrail Hərbi Hava Qüvvələrində bu qırıcıların sayı 50-yə qədər artacaq.

Qeyd edək ki, “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil F-35 “Lightning II” döyüş təyyarələrinin F-35A (baza modeli), F-35B və F35C omaqla üç modifikasiyası var. Qırıcının istehsal proqramında ABŞ, Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Hollandiya, Norveç və Türkiyə iştirak edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş