İsrail firmasından yeni qumbara

İsrail Müdafiə Nazirliyi “Number 26” adlı yeni əl qumbarasını silahlanmaya qəbul edib. “AzeriDefence”nin “Janes” nəşrinə istinadən verdiyi məlumata görə, yeni qumbaranın özəlliyi onun güllə dəydikdə və ya alovda partlamamasıdır.

Qumbara Israel Military Industries şirkəti tərəfindən iki il ərzində hazırlanıb və müvafiq qərar 2010-cu ildə qəbul edilib. IMI “Number 26” qumbarasının konstruksiyası haqqında detalları açıqlamır.

“Number 26” öz xarakteristikaları üzrə İsrail qoşunlarında istifadə edilən qumbaralarla oxşardır. Yalnız yeni qumbaranın istehsalı 5-10 faiz bahalıdır. Artıq qoşunlara yeni döyüş sursatının çatdırılmasına başlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş