İsrail M-346-larına Virtual Mission Training System

İsrailin İtaliyadan aldığı M-346 təlim təyyarələri “Elbit Systems” şirkətinin VMTS (Virtual Mission Training System) sistemi ilə təchiz ediləcək. Bu barədə “AzeriDefence” “İsraeldefence” portalına istinadən məlumat yayıb.

VMTS pilota təyyarənin radar təchizatı olmadan informasiya almasına imkan verəcək.

VMTS sistemi xüsusi proqram təminatı hesabına təyyarənin radarını təqlid edir, kabinənin ekranını mürəkkəb radiolokasiya təsvirləri, təhlükələr və silah sistemləri haqqında informasiya ilə təmin edir. Ekranda informasiyanı proqram təminatının köməyi ilə idarə etmək olar.

Qeyd edək ki, “Elbit Systems” şirkəti 2008-ci ildə ABŞ Hərbi-Dəniz Qüvvələrinin T-45 təlim-tədris təyyarələrinin VMTS sistemləri ilə təchizinə başlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş