İsrail Merkava tankının bazasında yüngül zirehli maşın yaradacaq

İsrail Müdafiə Nazirliyi yaxın vaxtlarda şəhər şəraitində döyüş aparılmasına uyğunlaşdırılmış yüngül zirehli hərbi maşınların yaradılması proqramına start vermək niyyətindədir. Bu barədə “AzeriDefence” “Defense News” saytına istinadən məlumat verib.

Yeni maşınlar 2020-ci ildən sonra silahlanmaya daxil olmalıdır. Perspektiv maşın “Rakiya” (“Üfüq”) adını alıb. Bu maşın Merkava Mk.4 əsas döyüş tankının bazasında yaradılacaq.

Yeni döyüş maşını ailəsinə tələblər 2013-cü ilin yanvarında təsdiq ediləcək. Nəşrin yazdığına görə, çox güman ki, yeni maşınlar təkərli şassi üzərində yaradılacaq, daha sürətli və daha manevrli olacaq. Bundan başqa, maşınlar aktiv və passiv zirehə malik olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş