İsrail növbəti kəşfiyyat peykini orbitə buraxıb

İsrail növbəti kəşfiyyat peykini orbitə buraxıb

İsrail Müdafiə Nazirliyi (IMOD) və IAI (Israel Aerospace Industries) şirkəti “Ofek 16” adlı kəşfiyyat peykini orbitə buraxıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ofek-16” kəşfiyyat peyki İsrailin mərkəzi Palmaçim kosmodromundan Şavit raketindən istifadə edilməklə fəzaya buraxılıb. Peyk buraxıldıqdan sonra Palmaçim aviabazasından müşahidə olunub.

IAI Kosmik Bölməsinin rəisi briqada generalı Şlomi Sudri xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, “Ofek 16” peyki İsrailin strateji kəşfiyyat qabiliyyətini artıracaq: ““Ofek-16” İsrailə qarşı hər hansı bir təhlükəni izləmək üçün əvvəllər orbitə buraxılan digər kosmik aparatlarla birlikdə fəaliyyət göstərəcək”.

Bildirilib ki, IMOD və IAI mühəndisləri peykin tam əməliyyat fəaliyyətinə başlamazdan əvvəl, düzgünlüyünü və performans səviyyəsini təyin etmək üçün əvvəlcədən planlaşdırılmış bir sıra sınaqlara başlayıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş