İsrail Ordusu “Skylark I” pilotsuz aparatının uçuşlarını dayandırıb

İsrail Silahlı Qüvvələri Elbit Systems şirkətinin istehsalı olan “Skylark I” pilotsuz aparatının uçuşlarını dayandırıb.“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Janes nəşri məlumat yayıb.

İsrail ordusunun qərarına uçuş vaxtı bəzi aparatlarda amortizasiya edən enmə balışının qəfildən açması səbəb olub.

Hazırda Elbit şirkətinin mütəxəssisləri nasazlığın səbəblərini aydınlaşdırmağa çalışırlar.

Yaxın aylara Elbit Systems pilotsuz aparatın tamamlanmış versiyalarının istehsalına başlamağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş