İsrail Ordusu “Spike FireFly” gəzən sursatları alır

İsrail Ordusu “Spike FireFly” gəzən sursatları alır

İsrail Müdafiə Nazirliyi “Rafael” şirkəti ilə “Spike FireFly” gəzən sursatının (İsrail Müdafiə Qüvvələrində “Maoz” adlanacaq) alqı-satqısına dair müqavilə imzalayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Rafael” şirkəti məlumat yayıb.

“FireFly” gəzən sursatının çəkisi 3 kq təşkil edir. İsrail Müdafiə Qüvvələri üçün sifariş verilmiş “FireFly” şəhər şəraitində döyüş üçün hazırlanıb.

“Spike” tank əleyhinə idarə olunan raket ailəsinin yeni versiyası olan, tablet üzərindən idarə edilən “FireFly” iki arayıcıya, hədəf izləmə, evə dönmə alqoritmlərinə sahibdir.

“FireFly” gəzən sursatın döyüş radiusu şəhər şəraitində 500 metr, açıq ərazilərdə 1000 metr, sürəti 70 km/saat, uçuş müddəti tək batareya ilə 15, iki batareya ilə 30 dəqiqə təşkil edir. Sursat 350 qram ağırlığında döyüş başlığına sahibdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş