İsrail raket əleyhinə müdafiə qüvvələrində yeniləmə işlərinə başlayıb

İsrail orta mənzilli raket əleyhinə müdafiə qüvvələrinin infrastrukturunu yeniləmək məqsədilə işlərə başlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, İsrail müdafiə naziri mediaya açıqlamasında bildirib ki, “Parşa David” adlandırılan sistemin yenilənməsi prosesi bir neçə həftə çəkəcək.

Sistem ilk növbədə Livanda yerləşən “Hizbullah”ın hücumlarından qorunmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu sistem İsrailin “Rafael Advanced Defense Systems” və ABŞ-ın “Raytheon Co” şirkətlərinin birgə məhsuludur. Raket sistemi 70-300 km məsafədə yer-yer raketlərini müəyyənləşdirib, hədəfi məhv edə bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş