İsrail Silah Sənayesi NEGEV NG7 pulemyotunu beynəlxalq səviyyədə nümayişə çıxarır

İsrail Silah Sənayesi (Israel Weapon Industries – IWI) şirkəti 7.62 mm-lik NEGEV NG7 pulemyotunu beynəlxalq səviyyədə nümayişə çıxarmağa hazırlaşır. Bu barədə “AzeriDefence” IWI-nin saytına istinadən məlumat verib.

Şirkət öz yeni silahlarını mart ayının 29-dan aprelin 1-dək Dehlidə «DefExpo İndia-2012 və mart ayının 27-dən aprelin 1-dək Çilidə FIDAE sərgilərində beynəlxalq ictimaiyyətə təqdim edəcək.

Yüngül pulemyot ailəsinə daxil olan NG7 dünyadakı anoloqlarından atəşinin dəqiqliyinə görə fərqlənir.

NG7 döyüş vəziyyətlərində tək və avtomatik şəkildə dəqiq atəş açmaqla yanaşı üzərinə optik nişangahın və digər bu kimi sistemlərin qurulması mümkündür. Avtomatik rejimdə silah dəqiqəyə 700 güllə atır. Çəkisi 8 kq-dan az olan pulemyotu helikopterlərdə, yerüstü nəqliyyat vasitələrində, həmçinin gəmilərdə rahat istifadə etmək mümkündür. Pulemyot palçıqda, toza qarşı davamlıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş