İsrail şirkəti “Spike”in yeni versiyasını hazırlayıb

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti yerüstü, nəqliyyat vasitələri, hərbi gəmilər və helikopterlərdən atıla bilən 5-ci nəsil “Spike II LR” idarə olunan raketini təqdim etməyə hazırlaşır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, yeni raket iyun ayında Paris Aviasiya Səərgi və Şousunda nümayiş etdiriləcək.

12.7  kq çəkiyə malik “Spike II LR” raketi mövcud “Spike” buraxıcı qurğularından atılır. Raketdə tətbiq edilən yeni çoxməqsədli döyüş başlığı təsir effekktini 30% yüksəldib, zirehdəlmə qabiliyyəti artırılıb.

Raketin atış məsafəsi yerüstü buraxıcı qurğudan atııldıqda 5500 metr, helikopterdən buraxıldıqda 10 km təşkil edir. Yeni “Sipke”də müasir İR arayıcı sensor, rəngli gündüz kamerası tətbiq olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş