İsrail şirkətindən yeni yaylım atəş sistemi

İsrailin “IMI Systems” şirkəti xüsusi təyinatlı qoşunlarının təchizatı üçün atış məsafəsi 35 kilometr olan “Humvee” yüngül özüyeriyən platforma əsasında  C-LYNX adlı yaylım atəşi sistemi hazırlayır.

“AzeriDefence”nin “Armyrecognition”a istinadən verdiyi məlumata görə, yaylım reaktiv atəş sistemi 122 mm çaplı ACCULAR raketlərlə atəş açır. Raketlərin döyüş başlığı 20 kq-dır.

Avtomobilin arxa hissəsində 4 raket yerləşdirilib. Bu raketlər avtomobilin kabinəsindən idarə olunmaqla məsafəyə uyğun olaraq istiqamətlənir. Raketlərin maksimal hərəkət radiusu 40 kilometr təşkil edir. Yeni sistem yüksək dəqiqliklə hədəfləri vura bilir.

Qeyd edilir ki, bu raket sistemi xüsusi təyinatlı dəstə gücləri üçün olduqca faydalıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş