İsrail şirkəti Azərbaycanda sərgiyə qatılacaq

İsrail müdafiə sənaye sektorunda fəaliyyət göstərən GİLAT Satellite Networks şirkəti dekabr ayının 2-dən 5-dək Bakıda “BakuTel-2013” sərgisində öz məhsullarını nümayiş etdirəcək. Bu barədə “AzeriDefence” sərginin saytına istinadən məlumat verib.

GİLAT yüksək performanslı yer üstü peyk seqment avadanlıqları və VSAT texnologiyalarını, mobil SOTM profil antenaları və s. istehsal edir.

GİLAT şirkətinin məhsulları arasında PUA-lar üçün müxtəlif ölçülərdə peyk terminalları, quru qüvvələrini çətin döyüş şərtlərində video və telefoniya ilə təmin edən yüngül, portativ SatTrooper Military Manpack Terminal, nəqliyyat vasitələri üçün peyklə əlaqə yaratmaq üçün avadanlıqlar yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş