İsrail şirkəti Mini Spike hazırladı

Rafael şirkəti hazırda yaradılma mərhələsində olan çoxməqsədli Mini Spike raket sistemini ilk dəfə Parisdə keçirilən EUROSATORY-2012 sərgisində nümayiş etdirib. “AzeriDefence”nin məlumatına görə, raket minatür ölçülü buraxılış və nəzarət qurğusundan (Miniaturised Control Launch Unit – MICLU) atılır.

Çəkisi 4 kq təşkil edən raket 1500 m mənzilə sahibdir. Atışdan sonra radiodalğalar vasitəsi ilə raketin hərəkətini idarə etmək olur. Mini Spike raketi və MICLU-nun bir yerdə çəkisi 8 kq civarındadır.

KATEQORIYA:
Bu xəbəri paylaş