Israil şirkətindən ikilüləli avtomat – FOTO

İsrailin Silver Shadow firması özünün iki lüləli Gilboa™ Snake adlı avtomatını nümayiş etdirib. “AzeriDefence”nin məlumatına görə, yeni avtomat Parisdə EUROSATORY-2012 sərgisində avtomatın maketi beynəlxalq ictimaiyyətə təqdim olunub.

Silah 5.56 x 45 mm kalibrli patronlardan atəş açır. Silah hazırda atış testlərindı olduğundan firma onun real ölçüdə maketini nümayiş etdirir.

Firma yetkililərinin verdikləri məlumata görə, avtomat bir gövdəyə bağlı iki lülədən eyni zamanda olan atışı təmin edir. Patronların ötürülməsi də eyni zamanda iki daraqdan həyata keçirilir. Avtomatın döyüş komplekti hər biri 30 patron tutumlu 2 daraqdan (60 patron) ibarəətdir.

Avtomat yaxın döyüş üçün nəzərdə tutulub.

Silahın lülələrinin uzunluğu 241mm, çəkisi 4.08 kq təşkil edir. Lülə qutusu silaha kollimator, optik və gecə nişangahlarını əlavə etməyə imkan verən Pikatinni relsinə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş