İsrail şirkətindən yeni uniforma

İsrailin Fibrotex Technologyes şirkəti Fightex adlı yeni nəsil iki tərəfli döyüş uniformasını təqdim edib. “AzeriDefence”nin xəbərinə görə, Fightex uniforması ictimaiyyətə ilk dəfə Parisdə EUROSATORY-2012 sərgisində nümayiş etdirilib.

Yeni uniforma həm meşə, həm də səhra şəraiti üçün münasibdir. Geyim tapşırıq müddətində əsgərin bədəninin hərarətini sabit saxlayan, enerjini buraxan, mikro kapsullar birləşdirilmiş parçadan hazırlanıb. Fightex uniformaları həmçinin dizi və dirsəyi xüsusilə müdafiə edir. Uniforma multispekttral xüsusiyyətə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş