Israil şirkətindən yeni zirehli nəqliyyat vasitəsi

İsrailin ISDS firması FORT1 adlı yeni zirehli nəqliyyat vasitəsini hazırlayıb. Bu barədə “AzeriDefence” “İsraeldefence” portalına istinadən məlumat verib.

İlk dəfə aprel ayında Braziliyada keçiriləcək LAAD-2012 sərgisində təqdim ediləcək. Dizel mühərriki və avtomatik ötürmə qutusuna malik yüngül platforma olan FORT1 mürəkkəb relyeflərdə sərbəst hərəkət edə bilir.

Avtomobil hazırlanarkən əhəmiyyətli əsdirmələrə, zirehi isə böyük partlayış qüvvəsinə malik bombaların partlayışlarına dözə bilməsi nəzərə alınıb.

Nəqliyyat vasitəsinin qoruyucu elementləri modulyardır. Avtomobil 8-12 sərnişin daşıya bilər. Nəqliyyat vasitəsinin ölçüləri onun hava ilə daşınmasına imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş