İsrail Suriyaya hücum hazırlayır?

İsrail Silahlı Qüvvələri geniş miqyaslı təlimlərə başlayır.

“AzeriDefence”nin məlumatına görə, “RİA Novosti” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təlimlər İsrail Ordusunun son 19 il ildə keçirilən ən böyük və əhəmiyyətli təlimlərindəndir.

İsrail KİV-ləri hərbi komandanlığa istinadən xəbər verir ki, İsrail Ordusu təxminən 20 ildir ki, belə iri hərbi təlimləri gözləyir. Təlimlərə minlərlə hərbi qulluqçu və ehtiyatda olan hərbçilər cəlb olunacaq. Təlimlərin senarisinə görə, “Hizbullah” qruplaşmasına qarşı “mümkün əməliyyatlar” sınaqdan keçiriləcək.

Bildirilib ki, təlimlər Şimalda yerləşən silahlı qüvvələrin hazırlığını artırmağa yönəlib. Təxminən 10 gün davam edəcək təlimdə xüsusi təyinatlılar, mühəndis qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri, kəşfiyyat və maddi texniki təminat bölmələri və.s qüvvələrin iştirakı gözlənilir.

İsrail hərbi ekspertlərinin fikirlərinə görə, keçiriləcək hərbi təlimlər zamanı Suriya ərazisinə müdaxilə imkanı da həyata keçirilə bilər.

Qeyd edək ki, “Hizbullah” qruplaşmasının güclənməsi faktı İsrail rəhbərliyinində ciddi narahatlıq doğurur. İsrailin baş naziri Benyamin Netanyahu Rusiyaya qısamüddətli səfəri zamanı prezident Vladmir Putinlə bu məsələni müzakirə edib. Ancaq danışıqların nəticələri rəsmi olaraq elan edilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş