İsrail tarixdə ilk dəfə ərəb ölkəsində keçirilən hərbi sərgidə iştirak edəcək

İsrail tarixdə ilk dəfə ərəb ölkəsində keçirilən hərbi sərgidə iştirak edəcək

İsrail hərbi sənayesi tarixdə ilk dəfə olaraq ərəb ölkəsində keçiriləcək hərbi sərgidə öz imkanlarını nümayiş etdirməyi planlaşdırır.

“Azeri Defence”nin məlumatına görə, 21-25 fevral 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilməsi planlaşdırılan IDEX-2021 beynəlxalq müdafiə sərgisində İsrail ilk dəfə milli pavilyonla təmsil olunacaq.

Bu İsrail müdafiə sənayessinin ərəb coğrafiyasında ilk nümayişdir.

Sərgidə İsraili 36 müdafiə şirkəti təmsil edəcək. IDEX sərgisinə ilk dəfə qatılan İsrail şirkətləri arasında bu ölkənin müdafiə sənayesi nəhəngləri olan “Elbit Systems”, Israel Aerospace Industry (IAI), “Rafael”, “Aeronautics Group”, Israel Weapon Industries, Avnon Group kimi şirkətlər yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş