İsrail “Torphy”i rus “Kornet”inə qarşı

İsrailin “Rafael” şirkəti tərəfindən tanklar üçün hazırlanmış “Trophy” aktiv müdafiə sistemi Qəzzada hərbi əməliyyatlarda özünü doğruldub. “AzeriDefence”nin “Walla” agentliyinə istinadən verdiyi məlumatına görə, SAXAL-ın tanklarında “Meil ruax” adı ilə qurulmuş bu sistem ilk dəfə döyüş vəziyyətində sınaqdan keçirilib.

Dünən səhər sistem 15-ci dəfə işləməklə 401-ci tank briqadasının “Merkava-4” tankını qoruyub. Əməliyyat zamanı sistem işə düşərək tankı və oradakı heyəti “Kornet” tipli tank əleyhinə idarə olunan raketdən qoruyub.

Unikallığı ilə fərqlənən “Torphy” sistemi yalnız tankları müdafiə etmir, həm də tankın topunu atəşin mənbəyinə yönəldir. Bununla da ekipaj ona tank əleyhinə raketi buraxmış rəqibi tez məhv edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş