İsrail və Hindistanın birgə istehsalı olan raketin sınaqları keçirilib

İsrail Aviasiya və Kosmik Sənayesi (Israel Aerospace Industries – IAI) şirkəti ilə Hindistan Müdafiə Araşdırma və İdarəetmə Təşkilatının (Defence Research & Development Organisation – DRDO) birgə istehsal etdiyi “Barak 8” orta mənzilli raket kompleksinin sınaq atışı keçirilib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Test təlimi sentyabrın 20-də Hindistanın Xandipurdaki İnteqrasiya Test Sahəsində (Integrated Test Range) olub.

“Barak 8” pilotlu və pilotsuz hərəkətli qanad və sabit qanad olmaqla havadan müdafiə məqsədi ilə istehsal olunub.

Raket sisteminin hər biri 24 milyon ABŞ dolları dəyərindədir.

“Barak 8” raket kompleksi nəzarət, təqib və təsbit üçün çoxfunksiyalı bir nəzarət və təhdid xəbərdarlıq radarıyla təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş