İsrail və Koreya pilotsuz helikopter yaradır

Cənubi Koreyanın “Hankuk Carbon” və İsrailin IAI şirkətləri yeni pilotsuz helikopterin yaradılması ilə bağlı işlərə başlayıblar.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, bu pilotsuz uçuş aparatı (PUA) ilk növbədə Koreya ordusu üçün yaradılacaq. Sonrakı mərhələlərdə isə xaricə satışı həyata keçiriləcək.

İlkin məlumatlara görə,   çəkisi 200-300 kq olan PUA-nın konstruksiyası helikopterə bənzəyir. Aparatın digər texniki xarakteriskası haqqında müfəssəl məlumat verilməsə də PUA-nın kəşfiyyat məqsədli olduğu bəllidir.

Bundan başqa adıçəkilən şirkətlər “FE-Panther” hibrid aparatlarının istehsalını da həyata keçirəcəklər . Bu PUA gəmi üzərinə eniş edə biləcək. Adıçəkilən texnikanın yaradılması prosesi 2018-ci ildə yekunlaşmalıdır. Bu PUA-nın çəkisi isə 67 kq-dır.

“FE-Panther”-in maksimum uçuş məsafəsi isə 130 km-dir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş