İsrail yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlayır

İsrailin “Sky Sapience Introduces” şirkəti “HoverMast” adlı yeni orijinal pilotsuz uçuş aparatının istehsalına başlayır. “AzeriDefence”nin məlumatına görə, yüngül çəkili pilotsuz aparat vertikal uçuş və eniş imkanlarını özündə cəmləşdirir. “HoverMast”ın kiçik həcmdə və çəkidə olması onu avtomobillərdə və digər nəqliyyat vasitələrinin üzərində quraşdırmasına şərait yaradır. Belə ki, nəqliyyat vasitəsinin üstündə quraşdırılan aparat bir neçə saniyə ərzində havaya qalxaraq, hündürlükdən müşahidəyə başlaya bilir.

Uçuş aparatının özəlliklərindən biri də budur ki, müşahidə qurğusunda elektrik xətti də mövcuddur. Bununla aparat avtomobildəki elektrik qidalandırıcı ilə davamlı enerji ilə təchiz olunur. Yəni aparatın uçuş zamanı yalnız yanacaq məhdudiyyəti ilə üzləşmək təhlükəsi mövcuddur.

“HoverMast” 15 saniyə ərzində 30-35 metr hündürlüyə qalxa bilir. Aparatda olan güclü pərin köməkliyi ilə isə 10 kq-lıq “HoverMast” əlavə 9 kq yükü də daşıya bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş