İsrail yeni pilotsuz uçuş aparatını təqdim edəcək

İsrail Aviasiya və Kosmik Sənayesi (Israel Aerospace Industries – IAI) şirkəti “Heron-TP” pilotsuz uçuş aparatının (PUA) yeni versiyasını təqdim edəcək.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Orta hündürlükdə və uzaq məsafəyə (MALE) uça bilən taktiki PUA sinfinə aid olan yeni aparat “Heron XP” adlanır.

“Heron XP” pilotsuz uçuş aparatı fevralın 14-18-i tarixlərində Hindistanın Banqalor şəhərində keçiriləçək “Aero India – 2017” sərgisində ilk dəfə nümayiş olunacaq.

“Heron XP” digər modifikasiyalarından daha çox faydalı yük daşıma qabliyyətinə sahib olması və daha çox yüksəklikdə xidmət göstərməsi ilə fərqlənir.

Məlumatda o da qeyd olunub ki, hər çür hava şərtlərində istifadəsi mümkün olan “Heron TP” NATO standartlarına uyğun olaraq istehsal olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş