İsrail Yunanıstana “Heron” PUA tədarük edəcək

İsrail Yunanıstana “Heron” PUA tədarük edəcək

Yunanıstan və israil arasında “Heron” pilotsuz uçuş aparatlarının (PUA) icarəsinə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.

Müqavilə çərçivəsində Yunanıstana “Heron” PUA-nın hansı modelinin icarəyə veriləcəyi barədə məlumat verilmir. Yunanıstan üç il müddətində qüvvədə olacaq müqaviləyə əsasən İsraildən icarəyə götürdüyü “Heron” pilotsuz uçuş aparatlarını satın almaq imkanı var.

İsrailin IAI şirkəti tərəfindən Afinaya çatdırılacaq “Heron” PUA-lar dəniz sərhədlərinin mühafizə xidmətləri üçün radar avadanlıqları, SATCOM peyk rabitə sistemi, o cümlədən elektro-optik termal kamera kimi alt komponentlərə sahib olacaqdır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş