İsrailin yeni zirehli transportyoru – “Eitan” – FOTOLAR

İsrailin Müdafiə Nazirliyi  “Eitan” adlı yeni zirehli maşınla bağlı informasiya yayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, 8×8 təkər formuluna malik  “Eitan” yerli müdafiə sənayesi tərəfindən yaradılıb. Maşının yaradılması işi ilə “Merkava” tankının istehsalı üzrə bölmə məşğul olur.

Maşının ilk sınaqları 2015-ci ilin payızında yekunlaşıb.

“Eitan” 3+9 nəfər (3 ekipaj, 9 desant) üçün nəzərdə tutulub. Tam döyük komplekti ilə maşının çəkisi 30-35 tondur.

750 at gücü olan dizel mühərriklə təchiz olunub. Maksimum sürəti isə saatda 90 km-dir.

Maşın minaəleyhinə yüksək qoruma və güclü zireh qatına malikdir.

“Eitan” İsrailin “Rafael” şirkətinin itehsalı olan 30-40 mm-lik avtomatik topla təchiz olunub.

ZTR-ə “Rafael” şirkətinin “Trophy” aktiv müdafiə sistemi də inteqrasiya olunub.

“Eitan” İsrail Silahlı Qüvvələrində artıq köhnə sayılan М113 zirehli maşınını əvəzləyəcək.

Maşının 2020-ci ildə silahlanmaya verilməsi planlaşdırılır.

eitan_002_020816

eitan_003_020816

eitan_004_020816

 

KATEQORIYA:
Bu xəbəri paylaş