İsraildə odlu silahlar üçün ağıllı bloklama qurğusu yaradılıb

İsrailin ZORE şirkəti odlu silahlar üçün ağıllı bloklama qurğusu yaradıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, qurğu asanlıqla silahın patron darağına quraşdrılır və çaxmağı bloklaşdırır.

Mexaniki bloklaşma ilə yanaşı ZORE şirkəti şifrəli kilidləmə sistemi də yaradıb. Həmin sistem Wi-Fi-la idarə olunur. Avadanlığı smartfon telefona və ya digər Wi-Fi-la idarə olunan qurğuya inteqrasiya etməklə silahı məsafədən bloklamaq mümkündür.

ZORE şirkəti yaxın vaxtlarda qurğunun seriyalı istehsalına başlamaq niyyətindədir.

Avadanlığın qiymətinin 169 dollar olacağı bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş