İsraildən yeni qərar: PUA ixracına dair mövcud qadağalar aradan qaldırılır  

İsrailin Müdafiə Nazirliyi ölkədə yaradılan pilotsuz uçuş aparatlarının (PUA) və bu məhsulların texnologiyasının ixracı ilə bağlı məhdudiyyətləri qismən aradan qaldırıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, PUA-ların satışı ilə bağlı İsrailin müdafiə sənayesi sektorunda indiyə qədər höküm sürən qadağalar aradan qadırılır və bununla bağlı siyasətdə yumşalma hiss olunur.

İsrailin müdafiə sənayesi sektorunda mühüm postlardan birini tutan, lakin adının açıqlanmasını istəməyən müsahibin sözlərinə görə, hökumət bunu dünyada PUA sahəsində yaranmış rəqabətlə əlaqələndirir.

Məlumatda o da qeyd olunur ki, son aylar İsrail əvvəllər satışa və PUA sahəsində əməkdaşlığa qadağa qoyulmuş ölkələrlə əməkdaşlığa başlayıb və hətta ilkin ixrac əməliyyatları da həyata keçirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş