İsrailin dənizdəki qaz yataqlarını “Dəmir Qübbə” qoruyacaq

İsrail Silahlı Qüvvələri Aralıq dənizindəki qaz platformalarını qorumaq məqsədi ilə qurduğu yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

“AzəriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, İsrail donanmasının komandanı Ariel Şir bildirib ki, hərəkət edən gəmidə qurulmuş “Dəmir Qübbə” sistemi qısa mənzilli balistik raketləri məhv edib.

“Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə kompleksinin dəyəri 400 milyon dollar təşkil edir.

Qeyd edək ki, ABŞ-ın maliyyə dəstəyi ilə reallaşdırılan layihədə ilk test atışı 2008-ci ildə həyata keçirilib.

“Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin effektiv mənzili minimum 4 km, maksimum 70 km-dir. Sistemə quraşdırılan radar sayəsində atılan sursat aşkarlanır və müəyyən edildikdən sonra, sursatın sürətinə görə hansı bölgəni vuracağı hesablanaraq məhv edilir.

“Dəmir Qübbə”hava hücumundan müdafiə kompleksinin qısa müddətdə İsrail donanmasına daxil edilməsi gözlənilir.

Kompleksin hazırlanmasını İsrailin “Rafael” firması tərəfindən həyata keçirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş