İsrailin DSIT Solutions şirkəti Bakıda yeni texnologiyalarının nümayiş etdirəcək

İsrailin DSIT Solutions Ltd. şirkəti Bakıda özünün yeni texnologiyalarının təqdimatını keçirəcək. “AzeriDefence”nin məlumatına görə, DSİT aprelin 8 və 9-da Bakıda keçiriləcək Xəzər və Mərkəzi Asiya Neft və Qaz Təhlükəsizliyi forumunda quruda və offşordakı platformaların dəniz altındakı təhdidlərdən qorunması sistemlərini nümayiş etdirəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın hərbi gəmilərinin bir çoxunda DSIT sualtı sonarları tətbiq edilir. Bu sistemlər su altındakı obyektləri aşkar etməyə və müşahidəsini aparmağa imkan verir.

Adıçəkilən forumda İsrailin “Elta Systems” və “Rafael” firmaları da təqdimatlarla çıxış edəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş