İsrail şirkəti mini zərbə PUA-nın sınaqlarına başlayıb

İsrailin “Israel Aerospace Industries” (IAI) dövlət şirkəti kiçik ölçülü zərbə pilotsuz uçuş aparatı (PUA) yaradıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, zərbə təyinatlı PUA-nın yekun sınaqları davam etdirilir.

Bu PUA elektrik mühərrikli kvadrakopterdən ibarətdir. Aparat şəhər şəraitində əməliyyatların aparılması üçün nəzərdə tutulub.

PUA planşet tipli cihaz vasitəsilə kənardan idarə oluna bilir. Aparatın uçuş 30 dəqiqədir. Rəqəmsal foto və video çəkiliş apara biləcək PUA-nın əsas özəlliyi 450 qram çəkisində qəlpəli partlayıcı qurğuya malik olmasıdır. Qumbara şəklində olan bu partlayıcı komanda məntəqəsinin əmri ilə hədəfə atıla bilir.

Aparatın mehərrikinin tam elektrik enerjisi ilə işləməsi, PUA-nın səssiz uçuş həyata keçirməsinə imkan yaradır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş