İsrailin müdafiə naziri istefa verib

İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdiyini və siyasətdən getdiyini bəyan eləyib.

“AzəriDefence”nin məlumatına görə, bu barədə müdafiə naziri özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

M.Yaalon bu gün səhər baş nazir Benyamin Netanyahunu bu barədə məlumatlandırdığını vurğulayıb: “Mən bu gün baş nazirə bildirdim ki, ona olan etimadsızlıq səbəbindən hökumətdən və parlamentdən gedirəm, siyasi fəaliyyətimə fasilə verirəm”.

Qeyd edək ki, bu həftənin ortasında baş nazir müdafiə naziri postunu “Bizim evimiz-İsrail” partiyasının rəhbəri Aviqdor Libermana təklif edib.

KATEQORIYA:
Bu xəbəri paylaş