İsrailin “Smart Shooter” şirkəti yüngül silah sisteminin təqdimatını keçirib

İsrailin “Smart Shooter” şirkəti yüngül silah sisteminin təqdimatını keçirib

İsrailin “Smart Shooter” şirkəti tərəfindən hazırlanan LRCWS “Smash Hopper” adlı uzaqdan idarə olunan yüngül silah sisteminin təqdimatı keçirilib.

Bu barədə Azeri Defence saytı “Smart Shooter” şirkətinə istinadən məlumat verib. Şirkət mütəxəssislərinin sözlərinə görə, təhlükəsiz olaraq məsafədən idarə edilən “Smash Hopper” silah sistemi “tək atış – tək vuruş” qabiliyyətinə malikdir.

“Smash Hopper” LRCWS kiçik silahların dəqiqliyini, ölümcül təsirini və davamlılığını əhəmiyyətli dərəcədə artırır. Yığcam və yüngül çəkiyə malik “Smash Hopper” silah sistemi sabit dayaq və istənilən platforma üzərinə qısa müddətdə asanlıqla inteqrasiya oluna bilir.

“Smash Hopper” taktiki bölmələrin inkişaf etmiş və gizli nəzarət, habelə dəqiqlik və öldürmə qabiliyyətinin artırılması üçün optimallaşdırılıb. Təxminən 15 kq ağırlığında olan “Smash Hopper”ə C2 idarəetmə sistemi inteqrasiya edilə bilər.

“Smash Hopper” silah sistemi yer və hava hədəflərinə, o cümlədən sabit və ya hərəkət edən hədəflərə qarşı dəqiq atış imkanı verir. Elektro-optik cihazla təchiz edilən “Smash Hopper” avtomatik hədəf aşkarlama və izləmə qabiliyyətinə malikdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş