İsrailin “SpearUAV” şirkəti yeni mikro-taktiki dronunu təqdim edib – FOTO

İsrailin “SpearUAV” şirkəti yeni mikro-taktiki dronunu təqdim edib – FOTO

İsrailin “SpearUAV” şirkəti “Ninox” adlı yeni mikro-taktiki dronunu təqdim edib.

Bu barədə Azeri Defence saytına “SpearUAV” şirkətindən məlumat verilib.

Kəşfiyyat, müşahidə, atəş təyini və digər İSTAR xüsusiyyətlərə malik “Ninox” dronu strateji, taktiki və mikro-taktiki missiyalar üçün hazırlanıb.

Çəkisi 250 qramdan az olan “Ninox-40” mikro-taktiki dron kapsulda yerləşdirilib və 40 mm-lik qumbaraatandan işə salınır.

“SpearUAV” şirkətinin baş direktoru Gadi Kuperman bildirib ki, “Ninox” dronu vasitəsilə “pop-up” hədəflərinə və döyüş bölgəsində yaxın məsafədəki təhdidlərə dərhal cavab vermək mümkündür.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş