İsveç BvS10 maşınları sifariş edib

İsveç BvS10 maşınları sifariş edib

İsveç Müdafiə Nazirliyi Milli Ordunun ehtiyaclarını ödəməkdən ötrü 127 ədəd yüksək keçidlikli BvS10 (BandvagnS 10) yüksək keçidlikli zirehli nəqliyyat vasitəsi sifariş edib.

Bu barədə “Poliqon” “Army Recognition” portalına istinadən məlumat verib.

Bununla əlaqədar olaraq, bir neçə gün əvvəl İsveç Müdafiə Nazirliyi ilə “BAE Systems” şirkəti arasında 200 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Sözügedən müqavilə əsasında alınacaq ilk yüksək keçidlikli nəqliyyat vasitələrinin İsveç ordusuna 2022-ci ildə daxil olması və ümumi tədarükün 2024-cü ildə tamamlanması planlaşdırılır.

İsveç ordusu artıq BvS10 və onun sələfi Bv206 maşınlarını istismar edir. Hər iki maşın meşəlik, dağlıq, qarlı və bataqlıq ərazilərdən keçmək üçün təyin edilmişdir və su hövzələrini üzərək dəf edə bilir.

Mükəmməl texniki keyfiyyətlərinə görə BvS10 nəqliyyat vasitələri dünyanın 40-dan çox ölkəsində istismar olunur və istehsal olunan nümunələrin ümumi sayı 10 min ədədi ötür.

Maşınlar, ehtiyaclar nəzərə alınaraq müxtəlif həlləri inteqrasiya etməyə və istifadə etməyə imkan verən modul quruluşa malikdir.

Bunlara həm çətin keçilən ərazilərdə adi nəqliyyat vasitələri, həm də üzərinə 81 mm-lik L16A2 minaatanı quraşdırılmış Bv206 BK atəş dəstək vasitələri aiddir.

BvS10 nəqliyyat vasitələri dünyanın müxtəlif yerlərində – Əfqanıstan, Balkanlar, Orta Şərq və Mərkəzi Afrikada tapşırıqların yerinə yetirilməsində iştirak edib.

BvS10 nəqliyyat vasitəsi əvvəlki Bv 206 modeldən daha güclü 5,9 litr həcmli “Cummins” mühərrikinin quraşdırılması, maşının bütünlüklə zirehlənməsi, şassinin, transmissiyanın və sükan mexanizminin dəyişdirilməsi ilə fərqlənir.

BvS10 nəqliyyat vasitəsi 2000-ci illərin ilk yarısında Böyük Britaniyanın Kral Dəniz Piyadalarının marağında yaradılmış və sonradan istifadəçilərin sırasına Avstriya, Fransa, Hollandiya, Norveç və İsveç orduları da qoşulub.

Qeyd edək ki, BvS 10 (Bandvagn 10) yüksək keçidlikli zirehli nəqliyyat vasitəsi, Türkiyənin FNSS şirkətinin lisenziyası əsasında İsveçin “BAE Systems Land Systems Hägglunds” şirkəti tərəfindən istehsal olunur.

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş