İsveç İngiltərədən özüyeriyən minaatan alır

İsveçin Müdafiə Satınalmaları Agentliyi (FMV) ilə Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında 575 milyon kron (68 milyon dollar) dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “BAE Systems” şirkətinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində “BAE Systems” şirkəti İsveç Quru Qoşunları üçün 40 ədəd “Mjölner” versiyalı özüyeriyən minaatan sistemi istehsal edəcək.

120 mm-lik minaatan CV-90 piyada döyüş maşınının şassisi üzərinə inteqrasiya ediləcək.

“BAE Systems” şirkəti “Mjölner” özüyeriyən minaatan sistemini sifarişçiyə 2019-cu ilin birinci rübündə təhvil verəcək.

Qoşalülə “Mjölner” minaatanı yivsiz lüləlidir. Atışdan dərhal sonra sürüşmə mexanizmi ilə doldurulur və qısa müddət ərzində döyüş vəziyyətinə gətirilir. Maşın hərəkətdə olduğu zaman belə minaatanı doldurmaq mümkündür.

 

KATEQORIYA:
Bu xəbəri paylaş