İsveç Ordusu AeroVironmentin pilotsuz aparatlarını seçdi

AeroVironment şirkəti İsveç Ordusuna 12 ədəd kiçik hibrid pilotsuz uçuş aparatının çatdırılmasına dair sifariş alıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə şirkətin yaydığı press-relizdə bildirilib.

Sifariş Puma AE™ və Wasp™ pilotsuz aparatlarını, onların baza stansiyaları, təlim və logistik dəstəkyi əhatə edir.

Hazırda AeroVironment şirkətinin kiçik pilotsuz uçuş aparatları Avstraliya, Çexiya, Danimarka, Estoniya, Fransa, İtaliya, Livan, Niderland, Norveç, Səudiyyə Ərəbistanı, Sinqapur, İspaniya, Tailand, Uqanda və İngiltərə orduları tərəfindən istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş