İsveçrə Ordusu özüyeriyən minaatan kompleksi alır

İsveçrə Ordusu özüyeriyən minaatan kompleksi alır

İsveçrə Silahlı Qüvvələri tərəfindən 120 mm-lik “Mörser 16” özüyeriyən minaatan kompleksinin dövlət sınaqları tamamlanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən vediyi xəbərə görə, bu barədə İsveçrə Müdafiə Nazirliyi məlumat yayıb.

“Mörser 16” minaatan komplekslərinin 2024-cü ildə İsveçrə ordusunun silahlanmasına qəbul ediləcəyi planlaşdırılır.

“Mörser 16” kompleksi İsveçin RUAG şirkətinin istehsalı olan 120 mm-lik “RUAG Cobra” avtomatik minaatan sistemi ilə dəstləşdirilib. Kompleks Kanadanın “General Dynamics” şirkətinin 8×8 təkər formuluna malik “Piranha IV” zirehli maşının şassisi üzərinə inteqrasiya edilib.

Müqavilənin dəyəri 404 milyon İsveçrə frankı təşkil edir. Müqavilə çərçivəsində İsveçrə Silahlı Qüvvələrinə 32 ədəd “Mörser 16” özüyeriyən minaatan kompleksinin tədarükü planlaşdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş