Isveçrə Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfərə gəlib

Noyabrın 5-dən 7-dək İsveçrə Sərhəd Mühafizəsi rəisi briqada generalı Yurq Notun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu barədə “AzeriDefence” Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən məlumat verib.

Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə gerçəkləşmiş səfər çərçivəsində nümayəndə heyəti DSX-nin rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

İsveçrə nümayəndə heyəti DSX Akademiyası, Sahil Mühafizəsi, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş