İsveçrənin Azərbaycandakı səfiri ANAMA-nın Göygöl Regional Bazasında olub

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Philipp Stalder və səfirliyin əməkdaşları ANAMA-nın Göygöl Regional Təlim Bazasında olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, səfər çərçivəsində ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu (TTKT) tərəfindən Agentliyin fəaliyyəti, nailiyyətləri, imkanları və İsveçrənin oxşar fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatları ilə əməkdaşlıq barədə məlumatlar verilib.

Öz növbəsində TTKT Qurumu tərəfindən səfir və səfirliyin əməkdaşları üçün Avadanlıq sərgisi təşkil olunub və prezentasiya təqdim edilib. Qonaqlar həmçinin baza şəraiti ilə də tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş