İsveçrənin hərbi ataşesi ANAMA-da olub

İsveçrənin Türkiyədəki hərbi ataşesi, polkovnik Hans Eberhart ANAMA baş qərərgahında olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Hərbi ataşe görüş zamanı ANAMA-nın minatəmizləmə fəaliyyəti sahəsində yenilikləri, planlar və əlavə SM-EOD sistemlərinin alınması barədə müzakirələr aparılıb.

Məlumatda o da qeyd olunub ki, səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaq və Azərbaycanda Humanitar Mina Təmizlənməsi üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD) ilə birgə mümkün olan təlimlərin keçirilməsi barədə müzakirələrdən ibarət idi.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş