İsveçrənin Sərhəd Mühafizə Korpusunun rəisi Azərbaycana gəlib – FOTO

İsveçrə Konfederasiyası Sərhəd Mühafizə Korpusunun (SMK) rəisi briqada generalı Yürq Notun başçılığı altında nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyev və xanımı Zərifə Əliyevanın məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad edib.

Daha sonra DSX Aparatında briqada generalı Yürq Notun qarşılanma mərasimi keçirilib.

Azərbaycan Dövlət Sərhəd Xidməti və İsveçrə Konfederasiyasının Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, dağ təlim kurslarının təşkili, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Çıxışı zamanı, Azərbaycan dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd edib. Görüşdə həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barəsində İsveçrə nümayəndələrinə ətraflı məlumat verilib.

Səfər müddətində nümayəndə heyətinin DSX Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış edilməsi nəzərdə tutulur.

????????????????????????????????????

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş