İsveçrənin hərbi attaşesi ANAMA-da olub

İsveçrə Konfederasiyasının Türkiyədəki hərbi attaşesi polkovnik leytenant Mişel Rosser ANAMA-ya səfər edib. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Səfər zamanı o, ANAMA-nın Füzuli, Göygöl bazaları ilə, eləcə də Tərtər rayonunda aparılan əməliyyatlarla tanış olub. Hərbi attaşeyə Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu rəhbəri tərəfindən Agentliyin fəaliyyəti ilə bağlı prezintasiya təqdim edilib.

Səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaq habelə İsveçrə tərəfindən bağışlanmış, mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş SM-EOD sisteminin monitorinqini aparmaq idi.

İyunun 13-də polkovnik-leytenant Rosser ANAMA baş ofisində Agentliyin direktoru Nazim İsmayılovla ikitərəfli görüş keçirib. Görüş zamanı minatəmizləmə fəaliyyəti sahəsində yeniliklər, həyata keçiriləcək gələcək planlar və əlavə SM-EOD sistemlərinin alınması barədə müzakirələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş