İtaliya hərbi helekopter parkını modernləşdirir

İtaliya Hərbi Hava Qüvvələri (HHQ) çoxməqsədli helekopterlərin ilk partiyasını almağa başlayıb.“AzeriDefence”nin məlumatına görə, ikimühərrikli HH-139A helekopterləri “AgustaWestland” şirkəti tərəfindən istehsal olunub. Artıq 10 helekopter HHQ-ya təhvil verilib. Müqaviləyə əsasən qalan 10 helekopter isə 2012-ci il ərzində İtaliyaya veriləcək. HH-139A mülki AW139M helekopterin hərbi versiyasıdır və əsasən axtarış-xilasetmə əməliyyatlarında HH-212 və HH-3F-ləri əvəzləyəcək. “AgustaWestland” şirkətinin təmsilçisi isə deyib ki, HH-139A İtaliyaya verilməsi İtaliya hərbi helekopter parkının modernləşdirilməsi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, “AgustaWestland” şirkəti AW149 helekopterlərinin istehsalı ilə bağlı hazırlıqları yekunlaşdırmaqdadır. AW149-un sertifikatlaşdırılmasının 2013-cü ildə yekunlaşdırılması gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş